Ermənistanda Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik halları artır

Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev İrəvan hava limanında rusiyalılara qarşı ayrı-seçkilik halları ilə bağlı Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyana müraciət edib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın "FlyOne" aviadaşıyıcısının nümayəndələri və Zvartnots Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən hüquqlarının pozulması ilə üzləşən Rusiya vətəndaşlarının müraciətləri Şuraya daxil olub.

"Açıq mənbələrdəki nəşrləri oxuyaraq belə qənaətə gəldik ki, təsvir olunan hallar təəssüf ki, istisna hallar deyil. Rusiya Federasiyası vətəndaşlarına qarşı bu cür insidentlər yolverilməzdir", - məktubda deyilir.

Şura xüsusilə bildirir ki, iyulun 6-da rusiyalı opera müğənnisi Svetlana Kasyan azyaşlı qızı ilə Almaniyadakı qastrol səfərindən İrəvandan keçməklə geri qayıdıb. Ana və qızı əvvəlcədən hava limanına gəlsələr də, onlar əlavə ödəniş müqabilində qeydiyyatdan keçiriliblər. Onlar boş oturacaqları olmayan təyyarəyə mindiriliblər, əvəzində heç bir kompensasiya təklif edilməyib. Ana və qızından ayaqüstə uçmaları xahiş edilib, havaya qalxmazdan əvvəl bir stəkan su belə verməkdən imtina olunub. Sonda azyaşlı pilot kabinəsidə yerləşdirilib, ifaçıya isə sərnişinlərdən biri öz uşağını qucağında oturdaraq yer verib.

Bundan əlavə, iyunun 3-də Roma - İrəvan - Moskva marşrutu ilə uçan bir qrup rusiyalı Romadan uçuş gecikdiyi üçün Moskvaya gedən təyyarəyə minə bilməyib. Lakin hava limanının əməkdaşları problemi həll etmək əvəzinə onları heç bir izahat vermədən saxlayıb və polis şöbəsinə yerləşdiriblər.

0.066186904907227