Öldürülən ukraynalı deputatın "İblis" adlandırdığı tanışına göndərdiyi müəmmalı mesaj ortaya çıxdı

İyulun 19-da Ukraynada killer tərəfindən öldürülən Ali Radanın keçmiş deputatı İrina Farionun "Telegram" kanalında bir sıra qəribə mesajlar yer alıb.

hakimiyyet.az "Strana"ya istinadən xəbər verir ki, mesajlardan biri "Azov" alayının keçmiş komandirlərindən biri, aralarında münaqişə olan və "İblis" adlandırdığı Maksim Jorinə ünvanlanıb.

Farion birinci mesajda Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovdan qızına zəng etməyi xahiş edir. Digər bir mesajda isə o, hansısa Sokolova müraciət edib.

"Jorinin nömrəsini mənə göndər", - deyə Farion yazıb.

Qeyd olunur ki, söhbət Farionun 10 mindən çox insanın abunə olduğu əsl kanalından gedir. Onların bir çoxu gecəyarısı paylaşılan bu mesajları silinməzdən əvvəl səhər saat altıda görüb.

Bu mesajları kimin göndərə biləcəyi barədə heç bir məlumat yoxdur. Lakin bundan əvvəl Farionun rusdilli ukraynalı hərbçiləri təhqir etdiyi zaman Jorinlə münaqişə yaşadığı bildirilirdi. Sonra bu, Farionun universitetdən qovulmasına və ona qarşı işin başlanmasına səbəb olub. Farion Jorinin tənqidlərinə cavab olaraq, onun "katsap soyadı"nın olduğunu bildirib və onda "İblisin təzahürü"nü gördüyünü qeyd edib. Bundan əlavə, o, Jorini "ədəbsiz bolşevik", "alçaq" və "zibil" adlandırıb və rusca danışmaq istəyən ukraynalılara ölüm arzulayıb.

0.084259986877441