Dünyanın ən məşhur geyim brendi seçildi

"Loewe" dünyanın ən məşhur geyim brendi seçilib.

hakimiyyet.az xəbər verir ki, müvafiq siyahı moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşmış "Lyst" platformasının mütəxəssisləri tərəfindən tərtib edilib.

İspaniyanın "Loewe" brendi İtaliyanın "Miu Miu" brendini birinci yerdən sıxışdırıb. Reytinqdə üçüncü yeri tutan "Prada" həm də dünyanın ən məşhur pərakəndə satış şirkətlərindən biri seçilib. İlk beşliyi "Saint Laurent" və "Bottega Veneta" moda evləri tamamlayıb.

Eyni zamanda, "Versace" və "Balenciaga" brendləri 2024-cü ilin birinci rübü üçün aprel ayında dərc edilən eyni siyahı ilə müqayisədə bir pillə irəliləyib. Səkkizinci yerdə populyarlığı məşhur "Resort" sərgisi və Cənubi Koreyalı müğənni Cenni ilə əməkdaşlıq sayəsində artan "Jacquemus" qərarlaşıb. Ondan sonra altıncı yerdən doqquzuncu yerə düşmüş "Moncler" brendi gəlir və ilk onluğu "Gucci" tamamlayır.

Siyahıya adları çəkilən istehsalçılardan əlavə "Valentino", "Skims", "Burberry", "New Balance", "Louis Vuitton", "The Row", "Alaia", "JW Anderson", "Dolce & Gabbana" və "Couch" daxildir.

0.046660900115967