Haniyənin öldürülməsi neft bazarlarında narahatlığa səbəb oldu

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi neft bazarlarında narahatlığa səbəb olub.

Bu barədə hakimiyyet.az "Haber Global"a istinadən bildirir.

Məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti bu gün beynəlxalq bazarlarda 1.9 faiz artaraq 79.58 ABŞ dolları təşkil edib. Eyni zamanda, "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli 76.27 ABŞ dollarına satılıb.

Qiymətlərin qalxmasına Yaxın Şərqdə yenidən alovlanan geosiyasi gərginliyin təsir etdiyi deyilir. İsmayıl Haniyəyə qarşı sui-qəsdin də bahalaşmaya səbəb olduğu qeyd edilib.

0.048695087432861