İcra başçısı Mikayıl Müşfiqin abidəsini əvvəl aşırtdırdı, daha sonra isə... - VİDEO

Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov "Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: "Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: "Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Xatırladaq ki, Mikayıl Müşfiqin daha bir abidəsinin söküntüyə məruz qalması haqda tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. 

Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar:

"Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı".

Qeyd edək ki, 2017-ci ildə oxşar hadisəyə görə 3 nəfər cəzalandırılmışdı. 

0.048269987106323