Dəhşətli yanğında tanınmaz hala düşən azyaşlı çarəsiz vəziyyətdə kömək gözləyir

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

Bu barədə hakimiyyet.az-a onun anası Şəbinə İbrahimova məlumat verib.

Bildirilib ki, hadisə bu il mayın 19-da Qocalı kəndində baş verib:

"Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb.

Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və mayenin üzərinə dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.

Bakıda xəstəxanaların birində müalicə aldıq. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərin dəstəyi ilə özəl klinikaların birində Əbülfəz müayinədən keçib. Övladım yanğından sonra qolunu aça bilmir. O, əməliyyatla açılmalıdır. Cərrahi müdaxilə isə 1800 manata başa gələcək. Bu məbləğin 900 manatını toplasaq da, 900 manatımız hələ də çatmır. Xalqıma yalvarıram, bu çətin günlərdə bizi tək qoymasınlar".

Əlaqə nömrəsi: (070) 680-72-38.

Kart nömrəsi: 4169 7388 7746 2196.

0.12777304649353