İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir?

Bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb. Belə ki, iddialara görə, İntiqam Məmmədovun metronun "20 yanvar" stansiyasının keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib. Onlarla sahibkar İntiqam Məmmədovun onların fəaliyyətinə müdaxilə etdiyini deyir.

Məsələ ilə bağlı danışan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib.

O demokrat.az-a bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində təmizlik işləri aparılır:

"Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyəti yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyətimiz yoxdur.

Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyəti yoxdur. Qoyun orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparsın".

Xatırladaq ki, İntiqam Məmmədov son zamanlar Bayılda tikilən qanunsuz şadlıq sarayının sahibi kimi qalmaqalla gündəmə gəlib.

0.09260892868042