Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
"Trend"in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.
Parlament seçkisində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq edib.
Qeyd edək ki, Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvüdür.
Rafael Hüseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.
APA-nın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Hüseynovun namizədliyi dəstəklənib.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.
APA-nın xəbərinə görə, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub.
Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.