Elza lombarda qoyduğu 100 min manatlıq qızılları geri ala bilmir

"Bir ildən çoxdur, lombarda ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyalarını girova qoymuşduq. 100 min manat dəyərində qızıl qoyub, pul götürdük, lakin bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər".

hakimiyyet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Instagram" hesabında paylaşdığı videoda deyib.

Sənətçi məhkəməyə müraciət etdiyini vurğulayıb:

"Lombarda olan borcunu ödədikdən sonra girov qoyduğumuz qızılları geri ala bilmirik. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi. Hazırda məhkəmə gedir. Müəyyən səbəblərdən məhkəməyə də gedə bilmədim. Çəkiliş zamanı xəsarət almışdım, həkimdə idim. Lombardda zinət əşyalarımızı mənimsəyən Xəyal Abdullayevdir. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal Rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın".

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

Elza qızıllarını lombarda qoydu, məhkəməlik oldu

♬ оригинальный звук - Oxu.az Son Xəbərlər
0.044577836990356