Masallıda nişanı qaytarılan 33 yaşlı kişi canına qəsd etdi

Masallıda 33 yaşlı şəxs məktub yazaraq intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə sentyabrın 24-ü gecə saatlarında rayonun Şərəfə kəndindəki evlərin birində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Seymur Həsənov həyatına qəsd edib. Ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb.

Məlumata görə, mərhumun bir müddət öncə nişanı qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

0.047513008117676