Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.
In the margins of the high-level week of #UNGA79, I had a pleasure to join an official reception organized by U.S. ???????? President @POTUS @JoeBiden for the heads of delegations attending the 79th session of the UN General Assembly in New York. pic.twitter.com/tkAH4tTvw0
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 26, 2024