Kar olan pələngin qanlı izi: İki ayda 10 hindistanlını parçaladı

Hindistanın Uttar-Pradeş ştatında yerləşən "Pilibhit" pələng qoruğunda əsl faciə baş verib: yerli sakinlər üçün kabusa çevrilən kar pələng iki ay ərzində 10 nəfəri parçalayıb.

Qaniçən yırtıcının son qurbanı sentyabrın ortalarında həyatını itirən 55 yaşlı Kedari Lal olub.

Qoruq əməkdaşlarından ibarət xüsusi komanda aqressiv heyvanı izləyib yuxulatmağa nail olub. Pələngi müayinə edən baytarlar onun əla fiziki formada olduğu qənaətinə gəliblər. Lakin tutulma əməliyyatı zamanı mütəxəssislər yırtıcının səs qıcıqlandırıcılarına reaksiya vermədiyini müşahidə ediblər. Güman edilir ki, pələng yerli sakinlərin onu qorxutmaq üçün istifadə etdikləri nəqliyyat vasitələrinin yüksəksəsli siqnalları və petardaların partlayışları səbəbindən kar olub.

"Bu, təcrübəmizdə kar pələnglə qarşılaşdığımız ilk haldır", - deyə əməliyyatda iştirak edən meşəbəyi Maniş Sinqh bildirib.

Heyvanın aqressiyasına karlığın səbəb olub-olmadığı hələ məlum deyil. Hazırda pələng əlavə tədqiqatlar üçün zooparka yerləşdirilib.

0.23030495643616