İki yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

Göygöldə 2 yaşlı uşağa müxtəlif dərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də . Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs - azyaşlının atalığı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

0.079237937927246