Paşinyan: "Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır"

"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

hakimiyyet.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.

0.11142301559448