Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
hakimiyyet.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, 1968-ci il təvəllüdlü Zəminə Adil qızı Abbasova Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z. Abbasova bu təyinata qədər xəstəxanada Keyfiyyətə Nəzarətin İdarəedilməsi Komitəsinin rəhbəri vəzifəsində işləyib.