HƏMAS Yəhya Sinvarın yerinə adam təyin etməyəcək

HƏMAS 2025-ci ilin martına planlaşdırılan daxili seçkiyə qədər hərəkatın ötən həftə öldürülən rəhbəri Yəhya Sinvarın xələfini təyin etməyi planlaşdırmır.

hakimiyyet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq News" telekanalı HƏMAS-dakı mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb. Onun cəsədi hazırda İsraildə saxlanılır. Təl-Əviv onu israilli girovlarla dəyişdirməyi planlaşdırır.

0.082397222518921