Yeni ixtisasların təsnifat layihəsi Baş nazirə təqdim edilib - Rəsmi

Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

hakimiyyet.az xəbər verir ki, bunu Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə deyib.

Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılır:

"Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq".

Nazirlik rəsmisi vurğulayıb ki, növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcək.

0.063784122467041