Lənkəran-Astara bölgəsində qar yağır - FAKTİKİ HAVA

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.

hakimiyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verir.

Oktyabrın 22-si saat 22:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Düşən yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

Oktyabrın 22-də saat 9:00-a olan məlumata əsasən, Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

hakimiyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306%-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm (aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edib.

Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz və Qobustanda 18 mm, Lənkəran və Cəfərxanda 14 mm, Şabran və Sabirabadda 13 mm, Quba və Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac və Astarada 10 mm, Qusar, İsmayıllı və Mingəçevirdə 7 mm, Zəngilan və Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz və Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan və Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab və Kürdəmirdə 1 mm-dək olub.

Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız və Xınalıqda qar yağıb.

Oktyabrın 21-də saat 22:40-da Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50-də isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-də 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

0.058444023132324