Rusiyanın Lipetsk vilayətində 2 saylı islah-əmək koloniyasından qaçan məhbuslardan daha ikisi region ərazisində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, qalan iki məhbusun axtarışı üzrə genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Lipetsk həbsxanasından qaçan məhkumlardan ikisi Tambov vilayətində saxlanılıb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə Lipetsk qubernatoru İqor Artamonov özünün sosial şəbəkə hesabından bildirib.
Onun sözlərinə görə, digər dörd məhkumun axtarışı davam edir.
Baş vermiş hadisə ilə bağlı müstəntiqlər həbsxana əməkdaşlarının səhlənkarlığı ilə bağlı cinayət işi açıblar.
Rusiyanın Lipetsk vilayətinin islah koloniyasında məhkumlar məşhur "Şouşenkdən qaçış" filmini "gerçəkləşdiriblər".
hakimiyyet.az-ın "BAZA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, müxtəlif maddələr, o cümlədən narkotik və zorakılıq əməllərinə görə məhkum edilmiş altı məhbus iki yeraltı tunel qazaraq koloniyadan qaçmağa nail olub.
Tunellərdən birinin 37 metr uzunluğunda olduğu vurğulanıb.
Məlumata görə, koloniya ərazisindəki tərk edilmiş sexdə aralarında Özbəkistan və Tacikistan vətəndaşlarının olduğu məhbuslar qarovul tərəfindən qorunan daxili qadağan zonası ilə birləşən çuxur qazıblar. Məhkumlar bu yerdə ikinci tunel qazaraq, koloniya hasarının altından keçib azadlığa çıxıblar.
Qaçış faktı ilə bağlı artıq cinayət işi açılıb və koloniyada saxlanma rejiminin pozulması hallarının və şəraitinin müəyyən edilməsi məqsədilə geniş yoxlama başlanılıb.
Hazırda Lipetsk vilayətinin hüquq-mühafizə orqanları qaçmış məhbusların tutulması üzrə əməliyyat həyata keçirir.