Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar

Fransa parlamentində solçu blokun ən böyük partiyası "İtaətsiz Fransa" Prezident Emmanuel Makronun impiçment prosedurunu başlatmaq üçün yenidən təşəbbüs göstərib.

hakimiyyet.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar.

Xatırladaq ki, bu partiyanın nümayəndələri bir neçə ay əvvəl oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin impiçment prosedurunu nəzərdə tutur.

0.09056282043457