Bakıda dəm qazından boğularaq ölən Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub.
hakimiyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, akademiyada idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.
Aytac Qasımova
Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.
"Qafqazinfo" xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.
Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək öldüyü bildirilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.