İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər ölüb.
hakimiyyet.az xəbər verir ki, bu barədə bölgənin fövqəladə hallar xidməti "X" sosial platformasında məlumat yayıb.
Təbii fəlakət nəticəsində həlak olanların sayının artacağı istisna edilmir.
İspaniya hökuməti daşqınlar nəticəsində onlarla insanın ölümünə görə oktyabrın 31-dən noyabrın 2-dək matəm elan edib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ərazi siyasəti naziri Anxel Viktor Torres böhran komitəsinin iclasından sonra jurnalistlərə bildirib.
"El Pais" qəzetinin məlumatına görə, İspaniyanın şərqində güclü yağış və daşqınlara səbəb olan fırtına nəticəsində azı 70 nəfər həlak olub.
Valensiya əyalətində baş verən daşqınlar nəticəsində ən azı 62 nəfər həlak olub.
hakimiyyet.az bu barədə elpais.com-a istinadən xəbər verir.
Məlumata görə, Valensiya Məhkəmə Tibb İnstitutu cəsədlərin çıxarılması üçün doqquz məhkəmə-tibb ekspertiza qrupu təyin edib. Bundan əlavə, Kuenka şəhərinin Mira bölgəsində 88 yaşlı qadın, Letur (Albasete) şəhərində isə daha bir nəfər həlak olub, beş nəfər itkin düşüb.
Ölkənin Müdafiə Nazirliyi Valensiyanın bir çox yaşayış məntəqələrini basan palçıq təmizləndikdən sonra daha çox cəsədin tapılacağı və ölənlərin sayının artacağı ehtimalı ilə əlaqədar səyyar morqlar təklif edib. Nazirlik hava vasitələrini, hərbi psixoloqları və cəsədləri aşkar etmək üçün təlim keçmiş itləri səfərbər edib.
Yağışlar 155 000 nəfərə təsir edən elektrik kəsintilərinə, şərq və cənub-şərq əyalətlərində yolların bağlanmasına səbəb olub, həmçinin Madrid ilə Valensiya İcması arasında və Barselonaya gedən Aralıq dənizi dəhlizində yüksək sürətli dəmir yolu xidməti bütün gün dayandırılıb.
Güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən Valensiyada ən azı 50 nəfər həlak olub.
hakimiyyet.az xəbər verir ki, bu barədə "ABC" qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Daha əvvəl İspaniya Mülki Qvardiyası 13 nəfərin həlak olduğunu təsdiqləyib.
Albasetedə altı nəfərin axtarışı davam etdirilir. Fırtına həmçinin dəmir yolu əlaqəsinin pozulmasına və təyyarə reyslərinin ləğvinə səbəb olub. Hazırda fırtına və daşqından zərər çəkən ərazilərdə hərbçilərin iştirakı ilə xilasetmə işləri aparılır.
İspaniyanın Valensiya muxtar birliyində yağan güclü leysan genişmiqyaslı daşqınlara səbəb olub və insan tələfatı ilə nəticələnib. Hakimiyyət orqanları bir neçə cəsədin tapıldığını təsdiqləyib, lakin qohumları məlumatlandırana qədər ölənlərin dəqiq sayı açıqlanmır.
hakimiyyet.az bu barədə BBC-yə istinadən xəbər verir.
Regional hökumətin başçısı Karlos Mazon jurnalistlərlə söhbətində vəziyyəti misli görünməmiş kimi xarakterizə edib.
"Biz heç kimin xatırlamadığı misli görünməmiş vəziyyətlə üzləşmişik", - deyə o bildirib.
Əvvəlki gün hakimiyyət orqanları Valensiya və Albasete əyalətlərində itkin düşmüş yeddi nəfərin bütün gecə dronlarla axtarıldığını bildirmişdi.
İspan mediasının məlumatına görə, bəzi rayonlarda bir gün ərzində aylıq normadan çox yağıntı düşüb. Bu, bir çox ərazilərin su altında qalmasına, dəmir yolu və hava nəqliyyatının pozulmasına səbəb olub.