"Hizbullah" Təl-Əvivdə kəşfiyyat bazasına raket zərbəsi endirib

Livanın "Hizbullah" təşkilatı bu gün səhər saatlarında Təl-Əviv yaxınlığındakı İsrailin kəşfiyyat bazasına raket zərbələri endirib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Times of Israel" portalı məlumat yayıb.

Məlumatda görə, "Hizbullah" Təl-Əviv ətrafında yerləşən 8 200 hərbi kəşfiyyat bölməsinin Qlilot bazasına raket zərbələri endirib.

Hələlik dağıntı və insan itkisi barədə məlumat verilmir.

Yerli sakinlərdən biri avtomobilində hərəkətdə olarkən raket zərbəsini telefonu ilə qeydə alıb.

Həmin görüntüləri təqdim edirik:

0.047333955764771