Türkiyənin XİN başçısı Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü münasibəti ilə paylaşım edib.

hakimiyyet.az xəbər verir ki, H.Fidan "X" hesabında etdiyi paylaşımda yazıb:

"Qardaş Azərbaycanın 8 Noyabr Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm", - paylaşımda vurğulanıb.

5.8171391487122