Bakının bəzi ərazilərdə bir gün su olmayacaq

Hövsanın bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

hakimiyyet.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

"Noyabrın 16-da səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq", - deyə məlumatda qeyd olunub.

0.064441919326782