Teref,az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə keçmiş deputat Hadı Rəcəblinin ailə üzvlərinə məxsus şirkətlərin yeni siyahısı ilə içtimaiyyəti tanış edib. Cavanşir Həsənlinin paylaşdığı statusu təqdim edirik:
"Bir vaxtlar Milli Məclisin "biznesim yoxdur" deyib üzə duran keçmiş deputatı Hadı Rəcəblinin ailə üzvlərinə məxsus daha beş şirkət haqqında məlumatları paylaşıram:
1. "VRS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
2012-ci ilin iyulun 11-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda - BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, QULU QULİYEV, ev 8, m. 40 qeydiyyatdan keçib. Təsisçisi keçmiş deputatın gəlini SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.
VRS - Vüsal (Rəcəbli) Səidə adları və soyadlnın abbreviaturasıdır.
2. "MOBA3" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il yanvarın 1-də 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.
3. "VRS CONSULTİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü fevralın 14-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda hüquqi qeydiyyata alınıb. Qanuni təmsilçisi CÜLYETTA HƏSƏNOVA ƏNVƏR qızıdır.
4. "VR SOLUTİONS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci il iyununda qeydiyyatdan keçib, təsisçisi RƏCƏBLİ VÜSAL HADI oğludur
5. "K.E.T.S" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı ilə LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, SƏTTARXAN ev.4-də hüquqi qeydiyyata alınıb. Təsisçisi RƏCƏBLİ TURAL HADI oğludur.
Və bundan əvvəl məlum olan şirkətləri:
6. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.
7. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
8. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
9. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.
10. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.
11. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Qanuni təmsilçisi Hadı Rəcəblinin yaxın qohumu Şadil Xəzail oğlu Rəcəblidir."