Yardımlıda başçının müavini 2 milyon manat dövlət vəsaitini necə mənimsəyib?

 

ƏVVƏLKİ SAYIMIZLA BU LİNKDƏ TAMIŞ OLA BİLƏRSİNİZ

Son günlər redaksiyamıza Yardımlı rayonu ilə bağlı şikayətlərin ard-arda daxil olduğu barədə məlumat vermişdik.

Onu da nəzərinizə çatdıraq ki, məmur özbaşınalığı və mənimsəmələr adı hallanan rayonda pik həddə çatdığı vurğulanır. Mənbəmiz iddia edir ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov, müavinləri Mahir Mirzəyerv və Azər Xamıyev ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü daxili siyasətinə kölgə salmağa çalışır. Məlumat üçün bildirək ki, xəyanətin cənub bölgəsində gələcəkdə fəsadlar törədiləcəyi istisna edilmir.

Bir daha nəzərinizə çatdıraq ki, rayon sakinləri dosye.org saytın elektron ünvanına rəsmi şəkildə müraciət edərək, başçının müavini M. Mirzəyevin dövlətdən mənimsədiyi küllü miqdarda vəsaiti ictimaişləşdirməyi xahiş etmişdir. Son məlumatlara görə, yixarıda adı hallanan məmurlar Yaridmli rayon icra hakimiyyetinin yeni binasi üçün ayrılan 2 milyon manatı mənimsəyib.

Prezident cənab İlham Əliyev son çıxışlarında vurğulamışdır ki, ölkədə hələ də xəyanətkar məmurlar var. Digər tərəfdən xalq şairi, eyni zamanda deputat Sabir Rüstəmxanlının məlum çıxışı vəziyyətin olduqca acınacağlığından xəbər verrir. Əfsüslər olsun ki, Dövlət Təhlükəsuzlik Xidmətinin əməkdaşları (DTX) Yardımlı rayonun sakinlərini intizarda saxlayır. Dövlətimizin təhlükəsizliyini yüksək şəkildə təmin edən DTX əməkdaşlarının peşakarlığına şübhə ola bilməz. Yardımlıların haqlı narazılığı və məmur fironluğu təbii ki, diqqət mərkəzindədir.

Marqlı məqam ondan ibarətdir ki, icra hakimiyyəti üçün nəzərdə tutlan yeni bina üçün ayrılan 2 milyon manat hansı şəraitdə mənimsənilib. Amma dövlət başçısı cənab İlha Əliyevin son günlər səslədiyi fikirlər, Yardımlı RİH başçısı Ayaz Əsgərovu, müavinlər Mahir Mirzəyevi və Azər Xamiyevi narahat etmir. Araşdırmalarımız davam etdiyi üçün bəzi məlumatları yayımlamırıq. dosye.org

Bizi izləməyi unutmayın.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

0.36292505264282