“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - Prezident

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Araz.az xəbər verir ki, açılışda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, mərkəzdə gözəl şərait yaradılıb: "Böyük bir ərazini ictimai yerə çevirdik. Bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, hansısa binalar tikilsin. Mən qoymadım. Dedim ki, bu zona vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi də böyük ərazidir. Şəhərin mərkəzində yeni bir gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”. /www.qafqazinfo.az/

 

0.078815937042236