Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

Avropa Parlamenti (AP) növbəti beş il üçün Avropa Komissiyasının (AK) 26 komissardan ibarət yeni tərkibini təsdiqləyib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri AP-dəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, deputatlar AK-nın altı icraçı vitse-prezidentini, eləcə də Macarıstandan olan Avropa komissarını yoxlamağa başlayanda proses yubanıb.

Avropa Komissiyasının yeni tərkibi noyabrın sonuna qədər Strasburqda keçiriləcək AP-nin plenar iclasında da təsdiqləndikdən sonra qurum dekabrın 1-dən işə başlayacaq.

0.083025932312012