Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Əl-Taavun”la səfər matçının 22-ci dəqiqəsində hesabı açıb.

Cəmi 4 dəqiqə sonra isə o, başla topu öz komandasının qapısından keçirərək hesabı bərabərləşdirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 1:1.

Qeyd edək ki, 35 yaşlı fransalı “Əl-İttihad”ın heyətində ümumilikdə 8 oyunda 4 qola imza atıb.

 

0.093365907669067