“Qarabağ”ın futbolçusu bölgə klubuna yardım etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

Bu barədə bölgə klubu məlumat yayıb.

Bəhlul Mustafazadə komanda üzvlərinə buts və qapıçı əlcəyi hədiyyə edib.

Qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.

0.079252004623413