London derbisi: “Çelsi” - “Arsenal” oyununda dörd qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının IX turunda London derbisi baş tutub.

hakimiyyet.az xəbər verir ki, “Çelsi” öz meydanında “Arsenal”la üz-üzə gəlib.

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

“Zadəganlar” 15-ci dəqiqədə Kol Palmer, 48-ci dəqiqədə Mixaylo Mudrikin qolları ilə üstünlük əldə etsələr də, bunu sonadək qoruya bilməyiblər. 77-ci dəqiqədə Deklan Rays, 84-cü dəqiqədə Leandro Trossard fərqlənərək “topçular”ı məğlubiyyətdən xilas ediblər.

Bu heç-heçədən sonra 21 xalı olan “Arsenal” ikinci pillədədir. Lider “Mançester Siti” də eyni qədər xal toplayıb. Lakin “şəhərlilər” əlavə göstəricilərə görə daha üstündürlər. “Çelsi” isə xallarını 12-yə çatdırıb. İki pillə irəliləyən komanda doqquzuncu yerə yüksəlib.

Faiq Tahirov

0.076987028121948