Yeni metro stansiyasının adı nə olacaq? - FOTO

“Metronun 28-ci, yeni stansiyasının adı ilə bağlı təkliflər verilib”.

Bununla bağlı hakimiyyet.az-a Bakı Metropoliteninin Mətbuat Xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, stansiyaya ad verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir:

“Bilirsiniz ki, metro stansiyaların adları verilərkən yerləşdiyi əraziyə uyğun və ya Azərbaycan üçün əhəmiyyətli olan vacib hadisələrə müvafiq adlar seçilir. İndiki stansiyaya ad verilməsi prosesi zamanı da eyni proses tətbiq ediləcək. Hələlik metro stansiyanın adı ilə bağlı dəqiq, real müzakirə aparılmayıb. Amma bir sıra təkliflər mövcuddur”.

Aysel Aslan

0.18792700767517