Goranboyda yük maşını digər avtomobilə çırpıldı: Xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını digər avtomobilə çırpılıb.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.082073926925659