“The Beatles”ın son mahnısı işıq üzü görəcək - FOTO

İngiltərənin “The Beatles” rok qrupunun son mahnısı tezliklə işıq üzü görəcək.

Qrupun rəsmi saytında bildirilir ki, “Now and then” adlanan bəstə noyabrın 2-də London vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 18:00-da) yayım platformalarında səslənəcək.

Mahnını 1970-ci illərdə Con Lennon yazıb və ifa edib. Təxminən əlli il sonra qrupun hazırda yaşayan iki üzvü - Pol Makkartni və Rinqo Starr musiqi parçasına yeni nəfəs verib.

Kifayət qədər keyfiyyətsiz bir kasetdə yazılmış mahnı əslində süni intellektdən istifadə edilərək yenidən bərpa olunub.

Mənbə: m24.ru

0.22562503814697