Antalyada piton yaşayış binasının darvazasına sarılıb sakinlərə təhlükə yaratdı - VİDEO

Türkiyənin Antalya şəhərində yaşayış binasının dəmir darvazasının dəliklərinə ilişib qalan nəhəng ilan sakinlər arasında təşviş yaradıb.

Dərhal hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları çağırılıb.

Xüsusi təlim keçmiş şəxslərin müdaxiləsi ilə piton tutularaq Türkiyənin Təbiətin Mühafizəsi və Milli Parklar Baş İdarəsinə təhvil verilib.

Mənbə: İHA

0.087655782699585