Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Bakının Səbail rayonunda qəza zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Salyan şosesində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 35-40 yaşlı kişini vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.18748497962952