Azərbaycanda zəlzələ olub

Qusarda zəlzələ olub.

Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 08:50-də Qusar stansiyasından 12 km cənubda Qusar rayonunda maqnitudası 3 bal, dərinliyi isə 7 kilometr olan zəlzələ qeydə alınıb.

0.21763801574707