İngiltərə Premyer Liqası: “Arsenal”dan darmadağın - VİDEO

“Arsenal” İngiltərə Premyer Liqasının X turunu darmadağınla başa vurub.

hakimiyyet.az xəbər verir ki, London klubu öz meydanında autsayder “Şeffild Yunayted”ə beş cavabsız qolla qalib gəlib.

Eddi Nketianın het-trik etdiyi qarşılaşmada digər qolları penaltidən Fabio Vieyra və Takehiro Tomiyasu vurublar.

Bu qələbədən sonra 24 xalı olan “Arsenal” ikinci pillədədir. “Şeffild Yunayted” bir xalla sonuncudur.

Faiq Tahirov

0.18957185745239