Sabirabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sabirabad şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Amid Ədalət oğlu Dəmirov və 1966-cı il təvəllüdlü Qiyas Bünyat oğlu Cabbarov xəsarət alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.086405992507935