Azarkeşlər fransalı futbolçuların olduğu avtobusu daşa basdılar - FOTO/VİDEO

“Marsel” azarkeşləri “Lion”un futbolçularını və məşqçilərini daşıyan avtobusu daşa basıblar.

Toqquşma Fransa çempionatındakı matçdan əvvəl baş verib. Azarkeşlər “Velodrom” stadionuna gedən “Lion” avtobusunun şüşələrini sındırıblar.

Hadisə nəticəsində “Lion”un baş məşqçisi Fabio Qrosso xəsarət alıb. Daş qırıqları onun üzünə dəyib və qan axmağa başlayıb. İtaliyalı mütəxəssisə stadionda ilkin tibbi yardım göstərilib. Onun köməkçisi Raffael Lonqonun da xəsarət aldığı qeyd edilir.

Avtobusda olan futbolçuların xəsarət alıb-almaması barədə məlumat yoxdur. Hadisə səbəbi ilə oktyabrın 29-u saat 22:45-ə planlaşdırılan qarşılaşma təxirə salınıb.

Mənbə: Le Parisien

0.07033896446228