İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli şəxslərini öldürdü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatının dörd nümayəndəsini öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri mətbuat xidmətinin “Telegram” kanalında dərc olunan məlumatda bildirilib.

“Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri hərbçiləri HƏMAS-ın dörd yüksək rütbəli silahlısını məhv edib. Onların arasında HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin mərkəzi bölməsinin komandanı Cəmil Baba və tank əleyhinə bölməyə rəhbərlik edən Məhəmməd əs-Səfadi var.

Həmçinin HƏMAS tank əleyhinə bölməsində xidmət edən Mumin əl-Hicazi və silahlıların texniki-istehsalat şöbəsində yüksək vəzifə tutan Məhəmməd Avadallah zərərsizləşdirilib”, - deyə qeyd edilib.

Mənbə: TASS

0.19293999671936