ABŞ-də ilk dəfə müsəlmanlarla bağlı strategiya hazırlanacaq

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacaq.

Bu barədə  Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Biz islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, konqres üzvləri və başqaları ilə işimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Jan-Pyer bildirib.

Xatırladaq ki, oktyabrın ortalarında İllinoys ştatında 71 yaşlı kişi müsəlmanlara nifrət zəminində altı yaşlı uşağı və müsəlman qadını bir neçə dəfə bıçaqlayıb.

O, nifrət cinayətində ittiham olunub.

Mənbə: RBK

0.20255899429321