“Neftçi” - “Zenit” oyununun başlama tarixi müəyyənləşib

“Neftçi”nin Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama tarixi müəyyənləşib.

Paytaxt təmsilçisindən “Report”a verilən məlumata görə, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.

Matçın biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.

0.089298009872437