Antisemitizmdə ittiham olunan tələbələr Hillari Klintonun mühazirəsini tərk ediblər - FOTO

Kolumbiya Universitetinin tələbələri ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun mühazirəsini tərk ediblər.

Məlumata görə, mühazirənin yarısını belə dinləməyən 30-a yaxın tələbə mühazirədən antisemitizmdə ittiham olunduqlarına etiraz kimi zaldan çıxıblar.

Qeyd olunur ki, daha əvvəl bəzi universitet tələbələri Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə görə məsuliyyətin qeyd-şərtsiz İsrailin üzərinə düşdüyü barədə bəyanat imzalayıblar.

Daha sonra universitet şəhərciyinin qarşısındakı yük maşınında “Kolumbiya Universitetinin baş antisemitləri” başlığı ilə tələbələrin fotoşəkilləri nümayiş etdirilib.

Klintonun mühazirəsi zamanı binanın foyesində etiraz aksiyası keçirilib və buna mühazirədən ayrılan tələbələr də qoşulublar.

Mənbə: russian.rt

0.11762285232544