Rusiyada məhkəmə icraçıları xidmətinin rəhbəri qətlə yetirilib - VİDEO

Rusiyanın Ryazan şəhərində məhkəmə icraçıları xidmətinin rəhbəri 35 yaşlı kapitan Sergey Kalujskinin yaşayış binasının düz yanında güllələnib.

Məlumata görə, kapitan evinə əlində ərzaq çantaları gedərkən öldürülüb. Adama üç dəfə atəş açılıb. Güllələr onun sinəsinə, mədəsinə və başına dəyib.

Qeyd edək ki, Kalujskini qətlə yetirməkdə şübhəli bilinən, qara geyimli, velosipedi və silahı olan naməlum şəxs axtarılır.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

 

0.085994005203247