“Əl-Qəssam” İsrail tankını məhv etdikləri görüntüləri paylaşdı - VİDEO

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” Əz-Zeytun bölgəsində İsrail tankını məhv etdikləri görüntüləri paylaşıb.

Videogörüntülər HƏMAS-ın “Telegram” kanalında yayımlanıb.

Daha əvvəl verilən xəbərlərdə İsrail Müdafiə Qüvvələri tanklarının Qəzza şəhəri yaxınlığında müşahidə olunduğu barədə məlumat verilib.

Qeyd edək ki, İsrail hərbçiləri anklavın şimalı ilə cənubu arasındakı əsas yolu bloklayıb və şəhəri hər tərəfdən mühasirəyə alıblar. Ordunun nümayəndəsi Qəzza zolağında hər hansı atəşkəsdən söhbət getmədiyini qeyd edib.

Mənbə: İz.ru

0.080473899841309