Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Bolqarıstanın bu qurumdakı səfiri, keçmiş xarici işlər naziri Nikolay Milkovla görüşüb.

Bu barədə azərbaycanlı diplomat “X” hesabında məlumat verib.

Məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və ikitərəfli əlaqələr müzakirə edilib.

 

0.07291316986084