Premyer Liqa: “Səbail” “Turan Tovuz”u məğlub edib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

hakimiyyet.az-ın məlumatına görə, açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Otto Con 26-cı dəqiqədə hesabı açıb. 46-cı dəqiqədə Rüfət Abdullazadə bərabərlik qolunu vurub. 77-ci dəqiqədə “dənizçilər”dən Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirməklə görüşdə son nötqəni qoyub.

“Səbail” qələbə sayəsində 21-ci xalını qazanıb və lider “Zirə”yə çatıb. Bölgə təmsilçisi 15 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XII turun digər görüşləri 4-5 noyabrda olacaq.

09:08

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

“Report”un məlumatına görə, “Zəfər turu”nun açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edəcək.

“ASCO Arena”da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

19:00. “Səbail” - “Turan Tovuz”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“ASCO Arena”

Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.

0.29701399803162