İsrail raketi Qəzzada xəstəxananın həyətindəki təcili yardım karvanına düşdü - VİDEO

İsrail ordusunun atdığı raket Qəzzada minlərlə xəstə və mülki şəxsin olduğu Şifa xəstəxanasının girişinə düşüb.

Məlumata görə, həmin anda ərazidə çox sayda təcili yardım avtomobili dayanıb.

Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü avtomobillərin Rəfah keçid məntəqəsinə getməyə hazırlaşdığını bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Mənbə: TRT

0.076060771942139